...

İranda prezident seçkilərindən sonra həbs olunmuş şəxslərdən 81 nəfər əfv edilib

Dünya xəbərləri Materials 3 İyun 2010 10:39 (UTC +04:00)
İranın ali lideri ayətullah Əli Xamneyi ölkədə keçirilən prezident seçkilərindən sonra həbs olunmuş 81 nəfər məhbus barədə əfv fərmanı imzalayıb.
İranda prezident seçkilərindən sonra həbs olunmuş şəxslərdən 81 nəfər əfv edilib

İranın ali lideri ayətullah Əli Xamneyi ölkədə keçirilən prezident seçkilərindən sonra həbs olunmuş 81 nəfər məhbus barədə əfv fərmanı imzalayıb. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

İranın məhkəmə sisteminin rəhbəri Sadiq Amoli Laricani İslam Peyğəmbərinin qızı xanım Həzrət Fatimənin ad günü və İranın sabiq ali lideri ayətullah Xumeyninin ad günü münasibətilə ali liderə müraciət məktubu yollayıb. Məktubda prezident seçkilərindən sonra, həbs edilmiş 81 nəfərin peşmanlıq keçirdiyini və əfv olunmaq istədiklərini nəzərə alaraq, onların bağışlanması xahiş olunur. Ayətullah Xamneyi həmin məhbusların əfv olunması barədə fərman imzalayıb.

Trend -un arayışı: Ötən il iyunun 12-də keçirilən prezident seçkilərində İranın hazırkı Prezidenti Mahmud Əhmədinejad səslərin 62,63 faizini, onun əsas rəqibi, keçmiş Baş nazir Mir Hüseyn Musəvi isə 33,75 faizini toplayıb. Musəvi hökuməti səsvermənin nəticələrini saxtalaşdırmaqda günahlandırıb. Seçkilərin nəticələrindən narazı qalanların etiraz aksiyası polislə müxalifət tərəfdarları arasında toqquşmaya səbəb olub. Qarşıdurmalar zamanı onların bəziləri həlak olub. 1032 nəfər həbs olunub, onlardan bəziləri azadlığa buraxılıb. Bir sıra Qərb ölkələri İranda seçkilərdən sonra gərginləşən vəziyyətlə əlaqədar narahatlıqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti