...

İran Parlamenti "Nüvə nailiyyətlərinin qorunması" layihə planının lehinə səs verib

Dünya xəbərləri Materials 16 İyun 2010 16:01 (UTC +04:00)
İran parlamentariləri təcili olaraq ölkənin nüvə nailiyyətlərinin qorunmasına istiqamətlənən və BMT Təhlükəsizlik Şurasının iyunun 9-da qəbul etdiyi qətnaməyə cavab olacaq layihə planına səs veriblər.
İran Parlamenti "Nüvə nailiyyətlərinin qorunması" layihə planının lehinə səs verib

İran Parlamenti "Nüvə nailiyyətlərinin qorunması" layihə planının lehinə səs verib.

İran parlamentariləri təcili olaraq ölkənin nüvə nailiyyətlərinin qorunmasına istiqamətlənən və BMT Təhlükəsizlik Şurasının iyunun 9-da qəbul etdiyi qətnaməyə cavab olacaq layihə planına səs veriblər. Məlumatı MEHR informasiya agentliyi yayıb.

Çərşənbə günü İran Parlamenti uranın zənginləşdirilməsinin 20 faiz artırılmasını, Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə nüvə silahının yayılmaması müqaviləsi çərçivəsində əməkdaşlığı və BMT-nin yeni qətnaməsində İran gəmilərinin yoxlanılmasına cavab olaraq İran körfəzində başqa ölkələrin gəmilərinin yoxlanılmasını nəzərdə tutan layihəni səsverməyə çıxarıb.

Parlamentin 180 üzvü layihənin lehinə, dörd nəfər əleyhinə səs verib, daha dörd nəfər isə bitərəf qalıb.

Layihəni işləyib hazırlayanlardan biri, İran Parlamentinin Milli təhlükəsizlik komissiyasının rəhbəri Ələddin Brucerdi bildirib ki, sənəd uranın zənginləşdirilməsinin 20 faiz artırılmasını və İranda nüvə yanacağının istehsalını nəzərdə tutur.

BMT-nin Təhlükəsizlik Şurası iyunun 9-da İranın uranın zənginləşdirilməsindən imtina etməməsi səbəbindən qətnamə qəbul edərək İrana qarşı yeni qadağalar tətbiq edib. Sənədin lehinə Təhlükəsizlik Şurasının 12 üzvü səs verib. Türkiyə və Braziliya bu sənədin əleyhinə çıxış ediblər. Livan isə bitərəf qalıb.

Bu, Təhlükəsizlik Şurasının nüvə proqramı ilə bağlı Tehranın beynəlxalq tələbləri yerinə yetirməmək istəyinə görə sayca qəbul etdiyi dördüncü qətnamədir.

Xəbər lenti

Xəbər lenti