...

İran BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvünə məktub göndərib

Dünya xəbərləri Materials 29 İyun 2010 12:28 (UTC +04:00)
Fars informasiya agentliyi xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının 15 üzvünə rəsmi məktub göndərib, - bu barədə xarici işlər naziri Mənuçöhr Möttəki çərşənbə axşamı keçirilmiş mətbuat konfransında deyib.
İran BMT-nin Təhlükəsizlik Şurasının 15 üzvünə məktub göndərib

Fars informasiya agentliyi xəbər verir ki, İranın Xarici İşlər Nazirliyi BMT Təhlükəsizlik Şurasının 15 üzvünə rəsmi məktub göndərib, - bu barədə xarici işlər naziri Mənuçöhr Möttəki çərşənbə axşamı keçirilmiş mətbuat konfransında deyib.

Möttəkinin sözlərinə görə, bu məktubda İran tərəfi iyunun 9-da Təhlükəsizlik Şurasının qəbul etdiyi yeni qətnamə ilə bağlı narazılığını bildirib.

O, həmçinin, əlavə edib ki, hal-hazırda İran İslam Respublikası məktub və Vyana qrupunun suallarına cavab hazırlayır .

Möttəki qeyd edib ki, Prezident Mahmud Əhmədinejadın növbələşmə və qrupun tərkibinin "5+1" həcmində genişlənməsi barədə bəyanatına əsasən, İran və onun hüdudlarından kənarda yaxın günlərdə nəticələri elan olunacaq məsləhətləşmələr aparılır.

Xəbər lenti

Xəbər lenti