...

İran ABŞ-ı məhkəməyə vermək hüququnu özündə saxlayır - İİR Parlamentinin nümayəndəsi

Dünya xəbərləri Materials 5 İyul 2010 14:55 (UTC +04:00)
İran ölkəsinə münasibətdə birtərəfli qaydada sanksiyalar tətbiq etdiyinə görə, Vaşinqtona qarşı iddia ərizəsi vermək hüququnu özündə saxlayır. Bu barədə İran Parlamenti yanında Milli təhlükəsizlik və xarici siyasət komitəsinin nümayəndəsi Kazım Cəlali bildirib. Xəbəri IRNA agentliyi yayıb.
İran ABŞ-ı məhkəməyə vermək hüququnu özündə saxlayır - İİR Parlamentinin nümayəndəsi

İran ölkəsinə münasibətdə birtərəfli qaydada sanksiyalar tətbiq etdiyinə görə, Vaşinqtona qarşı iddia ərizəsi vermək hüququnu özündə saxlayır. Bu barədə İran Parlamenti yanında Milli təhlükəsizlik və xarici siyasət komitəsinin nümayəndəsi Kazım Cəlali bildirib. Xəbəri IRNA agentliyi yayıb.

"Beynəlxalq təşkilatların müxtəlif ölkələrin verdikləri şikayətlərə baxarkən üzgörənlik etmələrinə baxmayaraq, İran Tehrana qarşı birtərəfli sanksiyalar tətbiq etdiyinə görə, ABŞ-dan şikayət vermək hüququnu özündə saxlayır", - o deyib.

Cəlali Vaşinqtonun İrana təyyarə yanacağının satışı ilə bağlı qoyduğu qadağa ilə əlaqədar bildirib ki, "Sanksiyaların tətbiqi beynəlxalq normalara və insan haqlarına ziddir; odur ki, İran beynəlxalq orqanlara şikayət ərizəsi təqdim etmək üçün tam hüquqa malikdir".

Cəlali onu da bildirib ki, BMT Təhlükəsizlik Şurasının İrana qarşı tətbiq etdiyi son sanksiyalar uğursuzdur.

"ABŞ və bəzi Qərb ölkələri tərəfindən qətnamə və sanksiyalrın qəbulu İran xalqının dəmir iradəsini qıra bilməyəcək sərt tədbirlərdir", - o əlavə edib.

Cəlali onu da bildirib ki, İran xalqı qərar qəbul etməyə tələsməyəcək.

Xəbər lenti

Xəbər lenti