...

Belarus Prezidenti İrana səfər edəcək

Dünya xəbərləri Materials 13 Avqust 2010 11:53 (UTC +04:00)
Belarus Prezidenti Aleksandr Lukaşenko oktyabr ayında İrana rəsmi səfər edəcək. Bunu İranın Belarusdakı səfiri Abdullah Hüseyni deyib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.
Belarus Prezidenti İrana səfər edəcək

Belarus Prezidenti Aleksandr Lukaşenko oktyabr ayında İrana rəsmi səfər edəcək. Bunu İranın Belarusdakı səfiri Abdullah Hüseyni deyib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verir.

Məlumata əsasən, səfərdə iki ölkə arasında ticarət, maşınqayırma, sənaye və enerji sahəsində əməkdaşlıqların daha da inkişaf etdirilməsi məsələsi müzakirə olunacaq.

Səfər zamanı İran Prezidenti Mahmud Əhmədinajed və Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə "Cəfir" neft yatağı istifadəyə veriləcək. İran və Belarus arasında "Cəfir" neft yatağının inkişaf etdirilməsinə dair müqavilə 2007-ci ildə "Belarusneft" və İranın Milli Neft Şirkəti tərəfindən imzalanıb. "Cəfir" neft yatağı "Azadeqan" neft yatağının 30 kilometr şərqində və Əhvaz şəhərinin 70 kilometr cənub- qərbində yerləşir. Bu yatağın uzunluğu 22, eni isə 10 kilometrdir.

Xəbər lenti

Xəbər lenti