...

Gürcüstanın Azərbaycandakı yeni səfiri Nikoloz Qoqitidze ola bilər

Dünya xəbərləri Materials 8 Sentyabr 2010 19:15 (UTC +04:00)
Gürcüstanın Azərbaycandakı yeni səfiri hazırkı səfir müavini Nikoloz Qoqitidze ola bilər.
Gürcüstanın Azərbaycandakı yeni səfiri Nikoloz Qoqitidze ola bilər

Gürcüstan, Tbilisi, 8 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Azərbaycandakı yeni səfiri hazırkı səfir müavini Nikoloz Qoqitidze ola bilər. Bu barədə Trend-ə Gürcüstan parlamentinin kuluarlarında məlum olub. Tezliklə bu namizədlik təsdiq olunması üçün Gürcüstan Prezidenti Mixail Saakaşvili tərəfindən parlamentə təqdim ediləcək.

Qoqitidze özü bu məlumatı şərh etməyib. O, bu gün bildirib ki, aprelin 6-da Gürcüstanın Azərbaycanda səfiri vəzifəsinə təyin edilən İrakli Kavtaradze başqa ölkəyə səfir təyin ediləcək. Kavtaradzenin səfir təyin olunması ilə bağlı Azərbaycan tərəfinin razılığı - aqreman alınmayıb.

Parlamentin kuluarlarında danışırlar ki, Qoqitidzenin namizədliyi Bakı üçün münasibdir. Son ildə Gürcüstan parlamenti ölkənin Azərbaycanda iki səfirini təyin edib. Bunlar Vano Noniaşvili və İrakli Kavtaradze olub. Lakin onlardan heç biri Bakıda işə başlaya bilməyib.

Xəbər lenti

Xəbər lenti