...

İranın Təbriz şəhərində iki alman vətəndaşı həbs olunub

Dünya xəbərləri Materials 15 Oktyabr 2010 11:10 (UTC +04:00)
İranın Təbriz şəhərinə turist vizası ilə səfər etmiş iki alman vətəndaşı, saxta sənədlə özlərini jurnalist kimi təqdim edərək, Səkinə Aştiyaninin ailəsi ilə görüşmək istəyərkən həbs olunublar. Bunu İranın baş prokuroru Qulamhüseyn Möhsüni Əjeyi ötən gün Təbrizdə keçirdiyi mətbuat konfransında bildirib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verib.
İranın Təbriz şəhərində iki alman vətəndaşı həbs olunub

İranın Təbriz şəhərinə turist vizası ilə səfər etmiş iki alman vətəndaşı, saxta sənədlə özlərini jurnalist kimi təqdim edərək, Səkinə Aştiyaninin ailəsi ilə görüşmək istəyərkən həbs olunublar. Bunu İranın baş prokuroru Qulamhüseyn Möhsüni Əjeyi ötən gün Təbrizdə keçirdiyi mətbuat konfransında bildirib. Bu barədə İranın FARS xəbər agentliyi məlumat verib.

Möhsüni Əjeyi həbs olunmuş iki Almaniya vətəndaşının adını açıqlamayıb. O əlavə edib ki, saxta jurnalist kimliyindən istifadə etmək ölkədə qanuna ziddir və iki alman vətəndaşı bu qanun pozuntusunu etdiklərini qəbul ediblər.

43 yaşlı Səkinə Aştiyani 2006-cı ilin may ayında həyat yoldaşının ölümündən sonra iki kişi ilə qeyri-qanuni əlaqələri olmaqda ittiham edilmişdi. Həmin il sonradan o, xəyanətdə ittiham olunaraq, daşqalaq edilməklə ölüm cəzası almışdı. Aştiyani bu iddiaları rədd edir.

Xəbər lenti

Xəbər lenti