...

Mitinqə görə Ermənistan polisinin zabitlərinə mülki geyimdə olmaları əmr edilib - qəzet

Dünya xəbərləri Materials 18 Fevral 2011 11:39 (UTC +04:00)
Mitinqə görə Ermənistan polisinin zabitlərinə mülki geyimdə olmaları əmr edilib - qəzet
Mitinqə görə Ermənistan polisinin zabitlərinə mülki geyimdə olmaları əmr edilib - qəzet

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Ermənistan Daxili Qoşunlarının komandanı Qareqin Qabrielyan (ləqəbi Gel (canavar)) əyalətlərdə yaşayan zabitlərə bu gün işə mülki geyimdə gəlmələrini tapşırıb. Trend-in məlumatına göər, b u barədə " Aykakan jamanak" qəzeti yazır.

Qabrielyan tabeçiliyində olanlara Yerevana gələrkən polis vəsiqəsini özləri ilə götürmələrini tapşırıb. Adamların əyalətlərdən paytaxtdakı mitinqə gəlmələrinə mane olmaq üçün polisin səhərdən Yerevana gələn bütün yolları bağlamağa hazırlaşdığı barədə məlumatlar da var. Bu barədə Tert.am yazır.

Xəbər lenti

Xəbər lenti