...

İranda ilaxır çərşənbə şənliklərində yaralanan 1126 nəfərdən 3-ü olüb

Dünya xəbərləri Materials 16 Mart 2011 10:48 (UTC +04:00)
İranda ilaxır çərşənbədə bayram şənlikləri zamanı partlayıcı maddələrdən istifadə edən 1126 nəfər xəsarət alıb.
İranda ilaxır çərşənbə şənliklərində yaralanan 1126 nəfərdən 3-ü olüb

İranda ilaxır çərşənbədə bayram şənlikləri zamanı partlayıcı maddələrdən istifadə edən 1126 nəfər xəsarət alıb. Onlardan 3-ü vəfat edib, 15 nəfərin müxtəlif bədən üzvləri kəsilib. Bu barədə Trend İranın MEHR xəbər agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, xəsarət alan şəxslərdən 926 nəfəri kişi, 200 nəfəri qadındır. Həmin şəxslərdən əksəriyyəti ağır yanıq xəsarəti alıblar və gözləri zədələnib.

Xəbər lenti

Xəbər lenti