...

Tbilisi yaxınlığında zəlzələ baş verib

Dünya xəbərləri Materials 2 Sentyabr 2011 14:06 (UTC +04:00)
Bu gün Tbilisi yaxınlığında zəif təkanlar qeydə alınıb. Trend-in məlumatına görə, Seysmoloji Monitorinq Xidmətindən bildirilib ki, 2,6 bal gücündə zəlzələ Tbilisi vaxtı ilə saat 11:29-da Norio və Martkopi kəndləri arasında baş verib.
Tbilisi yaxınlığında zəlzələ baş verib

Gürcüstan, Tbilisi, 2 sentyabr /Trend, müxbir N.Kirsxaliya/

Bu gün Tbilisi yaxınlığında zəif təkanlar qeydə alınıb. Trend-in məlumatına görə, Seysmoloji Monitorinq Xidmətindən bildirilib ki, 2,6 bal gücündə zəlzələ Tbilisi vaxtı ilə saat 11:29-da Norio və Martkopi kəndləri arasında baş verib.

Seysmoloqların məlumatına görə, təkanlar demək olar, hiss olunmayıb, dağıntı və tələfat yoxdur.

Son günlər Gürcüstanın şərqində, eləcə də Tbilisi yaxınlığında zəif intensiv yeraltı təkanlar tez-tez baş verir.

5,5 ballıq güclü zəlzələ avqustda Gürcüstanın qərbində qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti