...

İranın iddiasına görə, "Google" casusluq alətidir

Dünya xəbərləri Materials 10 Yanvar 2012 14:13 (UTC +04:00)
"Google" axtarış sistemi deyil, casusluq alətidir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı ILNA informasiya agentliyinə İran polisinin rəisi İsmayıl Əhmədi Muqəddəm deyib.
İranın iddiasına görə, "Google" casusluq alətidir

Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbirlər E. Tariverdiyeva, D. Xatınoğlu/

"Google" axtarış sistemi deyil, casusluq alətidir. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı ILNA informasiya agentliyinə İran polisinin rəisi İsmayıl Əhmədi Muqəddəm deyib.

Onun sözlərinə görə, informasiya təhlükəsizliyi sistemi düşmənlərdən müdafiə etməlidir və bu məqsədə milli internetin buraxılması kömək göstərə bilər.

İranın informasiya naziri Rza Tağıpur bəyan edib ki, İranın özünün internet şəbəkəsi xərclər, təhlükəsizlik və buraxılış qabiliyyəti problemlərini həll edəcək.

Tağıpur bildirib ki, İranın daxili internet şəbəkəsi fəaliyyət göstərməyə başladıqdan bir neçə həftə sonra qlobal şəbəkə ilə rabitənin dəstəyinə çəkilən xərclər 30 faizə qədər azalacaq.
Daxili şəbəkənin məqsədi İran vətəndaşlarını təhlükəsiz informasiya mühiti ilə təmin etmək və İranı kiber-hücumlardan qorumaqdır. Nazirin sözlərinə görə, məxfiliyin qorunması və kiber-hücumların qarşısının alınması dünyanın bütün ölkələrini maraqlandırır.

Bu, dövlət idarələri və iri şirkətlərə internetə çıxış imkanı verə bilərdi, sıravi iranlı istifadəçilərə isə yalnız "Halal" (İslam qanunlara müvafiq olan vəsaitlər) şəbəkəyə çıxışı təqdim edəcək.

İran bir müddət əvvəl bəyan etmişdi ki, iranlıları World Wide Web-in zərərindən qorumaq üçün "Halal" ineternet şəbəkəsi üzərində işləyir. Prezident Mahmud Əhmədinejad hökuməti layihənin həyata keçirilməsinə 1 milyard dollar ayırıb.

İranlılar son günlər ləng internet trafikindən və "Facebook", "Twitter" daxil olmaqla bir çox saytlara çıxışları olmadıqlarından daha da məyus olublar.

Xəbər lenti

Xəbər lenti