...

Türkiyə Suriya ilə sərhədə hərbi texnika yığmağı davam etdirir

Dünya xəbərləri Materials 28 İyun 2012 10:40 (UTC +04:00)
Türkiyə ordusunun 30-a yaxın hərbi texnikası bu gün səhər Suriya sərhədinə gətirilib.
Türkiyə Suriya ilə sərhədə hərbi texnika yığmağı davam etdirir

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir A.Tağıyeva/

Türkiyə ordusunun 30-a yaxın hərbi texnikası bu gün səhər Suriya sərhədinə gətirilib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Sabah" qəzeti xəbər verir.

Hərbi texnika Hatay şəhərindən Reyhanlı, Yayladağı və Altınözü sərhəd dairələrinə gətirilib.

Türkiyə çərşənbə axşamından etibarən Baş nazir Rəcəb Tayyib Ərdoğanın Bəşər Əsəd rejiminin Türkiyənin təhlükəsizliyini təhdid etməsinə dair bəyanatından sonra Suriya sərhədinə hərbi texnika yığmağa başlayıb.

Ərdoğan Suriyanın türk təyyarəsini onun hava məkanına soxulmasından sonra öz ərazi sularında vurduğunu bildirməsindən sonra bəyanatla çıxış edib.

Xəbər lenti

Xəbər lenti