Azərbaycan, Bakı, 17 iyul /Trend müxbir R.Hafizoğlu/
İraq hava məkanının Türkiyə üçün bağlı olduğunu elan edib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin TRT Haber telekanalı xəbər verib.
Telekanalın məlumatına görə, Ərbil-İstanbul və Ərbil-Antalya reysi ilə uçan təyyarələr hazırda ölkənin şimalındakı Ərbil şəhərində dayandırılıb.
Telekanalın İraq rəsmilərinə istinadən verdiyi məlumata görə, hava məkanının bağlanmasına bəzi texniki nasazlıqlar səbəb olub və yaxın vaxtlarda texniki nasazlıqlar aradan qaldırılacaq.