Azərbaycan, Bakı, 6 avqust /Trend, müxbir A.Tağıyeva/
Müxalifətə qoşulduğuna görə vəzifəsindən kənarlaşdırılan Suriyanın Baş naziri Riyad Fərid Hicab ailəsi ilə birlikdə İordaniyaya gedib. Bu barədə Trend bazar ertəsi "Əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Məlumata görə, Hicabın İordaniya ərazisinə keçidi zamanı Suriya hökumət qoşunları və müxalifət dəstələri arasında atışma baş verib. Azad Suriya Ordusunun üzvləri keçmiş Baş nazir və ailəsinin İordaniyaya keçməsinə kömək ediblər.
Baş nazir vəsifəsinin müvəqqəti icrası Baş nazirin müavini Ömər Qalavanciyə tapşırılıb.