...

Ermənistana göndərilən humanitar yardımların həcmi 62,1 faiz azalıb

Dünya xəbərləri Materials 3 Aprel 2013 13:46 (UTC +04:00)
Bu ilin yanvar-fevral aylarında Ermənitana ümumi dəyəri 3 milyard dram və ya 7,5 milyon ABŞ dolları olan 432 ton humanitar yardım daxil olub.
Ermənistana göndərilən humanitar yardımların həcmi 62,1 faiz azalıb

Azərbaycan, Bakı, 3 aprel /Trend/

Bu ilin yanvar-fevral aylarında Ermənitana ümumi dəyəri 3 milyard dram və ya 7,5 milyon ABŞ dolları olan 432 ton humanitar yardım daxil olub. Trend-in məlumatına görə, bu barədə Ermənistan Milli Statistika Xidmətinin məlumatına istinadən "Panorama.am" saytı xəbər yayıb.

Məlumata əsasən, göstərilən yardımın ümimi həcmindən 49,8 faiz kimyəvi məhsullar və onunla bağlı sahələrin, 14,7 faiz toxuculuq məhsulları, 9,7 faizi qurğu və aparatlar, 6,5 faizi maşın, avadanlıqlar və mexanizmlər, 8,2 faizi sənayə məhsulları, 2,7 faizi ucuz metal və məmulatların, 8,4 faizi isə digər məhsulların payına düşür.

Ermənistana ən çox humanitar yardım İsveçrə (31 faiz), ABŞ (28,1%), Almaniya və Çin (3,5 faiz), Rusiyadan (2,9 faiz) göndərilib.

Bu ilin yanvar-fevral aylarında Ermənistana göndərilən humanitar yardımın miqdarı ötən ilin analoji dövrü ilə müqayisədə 62,1 faiz azalıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti