...

İranda dəhşətli yol qəzası: 18 nəfər yanaraq ölüb

Dünya xəbərləri Materials 5 Aprel 2013 12:44 (UTC +04:00)
Bu gün səhər İranın Kirman vilayətinin Riqan şəhəri yaxınlığında dəhşətli avtomobil qəzası baş verib.
İranda dəhşətli yol qəzası: 18 nəfər yanaraq ölüb

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir T.Cəfərov/

Bu gün səhər İranın Kirman vilayətinin Riqan şəhəri yaxınlığında dəhşətli avtomobil qəzası baş verib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi məlumat verir.

Məlumata əsasən, yanacaq qaçaqmalçılığı ilə məşğul olan yük maşını ilə içərisində sərhədi qanunsuz keçərək İrana gələn Əfqanıstan vətəndaşları olan yük maşını toqquşub. Hadisə nəticəsində yanğın baş verib və 18 nəfər yanaraq həlak olub. Onlardan 15 nəfəri Əfqanıstan, üç nəfəri isə İran vətəndaşı olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti