...

İƏT ölkələri işsizlik probleminin həlli üçün səylərini birləşdirməlidirlər - nazir

Dünya xəbərləri Materials 25 Aprel 2013 13:27 (UTC +04:00)
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri işsizlik məsələsinin həlli üçün qüvvələrini birləşdirməlidirlər.
İƏT ölkələri işsizlik probleminin həlli üçün səylərini birləşdirməlidirlər - nazir

Azərbaycan, Bakı, 25 aprel /Trend, müxbir A. Tağıyeva/

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələri işsizlik məsələsinin həlli üçün qüvvələrini birləşdirməlidirlər. Trend-in məlumatına görə, bunu cümə axşamı Bakıda jurnalistlərə İƏT-ə üzv ölkələrin əmək nazirlərinin iclasının işində iştirak edən Türkiyənin əmək və sosial inkişaf naziri Faruk Çelik deyib.

Onun sözlərinə görə, İƏT ölkələri hazırda işsizlik səviyyəsinin azaldılması, əmək şəraitinin yaxşılaşdırılması və sosial sığortanın təminatı üzrə bir neçə layihəni nəzərdən keçirirlər.

Çelik, həmçinin qeyd edib ki, İTƏ-ə üzv ölkələrin əmək nazirlərinin iclasının Bakıda keçirilməsi çox vacibdir, çünki Azərbaycan yüksək inkişaf tempini nümayiş etdirən ölkədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti