...

Avropa şirkəti İranda Urmiya gölünün su resurslarını bərpa etməyə hazırdır

Dünya xəbərləri Materials 26 Aprel 2013 14:13 (UTC +04:00)
Belçika şirkəti İranda Urmiya gölünün su resurslarını bərpa etməyə hazır olduğunu elan edib.
Avropa şirkəti İranda Urmiya gölünün su resurslarını bərpa etməyə hazırdır

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbirlər F.Kərimov, E.Tarıverdiyeva/

Belçika şirkəti İranda yerləşən Urmiya gölünün su resurslarını bərpa etməyə hazır olduğunu elan edib. Trend-in məlumatına görə, bu barədə cümə günü "İRNA" agentliyi xəbər yayıb.

Məlumata görə, "Trackable" mühəndis layihələndirmə şirkəti İranın Xarici İşlər Nazirliyinə bu barədə sorğu göndərib.

Şirkətin qiymətləndirməsinə görə, layihənin dəyəri təxminən bir milyon avro təşkil edir, layihə özü isə, 3 il ərzində başa çatdırılacaq.

İranın şimal-qərbində yerləşən Urmiya gölünün su resursları son 50 il ərzində 70 faizə qədər azalıb.

Qeyd edək ki, göldəki suyun səviyyəsi 1995-ci ildən azalmağa başlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti