Azərbaycan, Bakı, 7 may /Trend/
Şimali Koreya aprelin əvvəlində ölkənin şərq sahilində sınaq üçün yerləşdirilmiş ballistik raketləri hal-hazırda işəsalma meydançasından çıxarıb, Trend Reyter agentliyinə istinadən məlumat verir.
Cənubi Koreya KİV-ləri kəşfiyyat məlumatlarına istinadən bildiriblər ki, Koreya Xalq Demokratik Respublikasının hərbi komandanlığı ən azı iki "Musudan" tipli orta mənzilli ballistik raketlərini ölkənin şərq sahilinə yerləşdirib. Mətbuatın məlumatına görə, belə raketin uçuşunun uzaqlığı təxminən 3-4 min kilometr təşkil edir, RİA Novosti məlumat verir.
Güman edilirdi ki, bunun ardınca Pxenyan tezliklə belə raketin sınağını və ya tədris-döyüş işə salmasını həyata keçirə bilər. ABŞ-ın fikrincə, indi raketlər döyüş hazırlığı rejimindən çıxarılıb və ehtiyat işə salma meydançasına yeri dəyişdirilməyib.