...

Ermənistan hökümətinin yeni tərkibi məlum olub

Dünya xəbərləri Materials 8 May 2013 10:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 8 may /Trend/

Hakim Ermənistan Respublika Partiyasının (ERP) İcraçı orqanı və Şurasının iclasının yekunları ilə bağlı ERP-nin mətbuat katibi Eduard Şarmazanov jurnalistlərlə olan söhbətdə bildirib ki, Şuranın üzvləri və prezident Serj Sarqsyan seçkilərin gedişi və nəticələrini müsbət qiymətləndiriblər. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "1in.am" saytı xəbər yayıb.

Onun sözlərinə görə, hökumətin strukturunda və Hökumət Aparatının rəhbərinin səlahiyyətlərinə dəyişikliklər edilərək ona nazir funksiyası vermək təklif olunub.

"Qərar verdik ki, Hökumət Aparatının rəhbəri nazir səlahiyyətlərini icra edəcək və yekdilliklə bu vəzifəyə təhsilli və təcrübəli insan olan Vaçe Qabrielyanı təklif etdik".

Şarmazanov bildirib ki, ERP gənclər və idman məsələləri üzrə nazir vəzifəsinə Yuri Vardanyanın namizədliyini təklif edib.

Onun sözlərinə görə, maliyyə naziri vəzifəsinə David Sarqsyanın, iqtisadiyyat naziri vəzifəsinə isə beynəlxalq mütəxəssis Baqram Avanesyanın namizədliyi irəli sürülüb.

Eduard Şarmazanov bütün nazirlərin öz vəzifələrində qalacaqlarını bildirib və "Orinaç erkir" partiyasının üç nazir portfelinin saxlandığını da əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti