Azərbaycan, Bakı, 9 may /Trend/
ABŞ Əfqanıstandan öz qoşunlarını çıxardıqdan sonra orada daimi hərbi bazalar saxlamaq niyyətində deyil, Trend RİA Novosti agentliyinə istinadən məlumat verir.
"ABŞ-ın 2014-cü ildən sonra Əfqanıstanda olması yalnız həmin ölkə hökumətinin dəvəti ilə ola bilər - yerli güc strukturlarinin təlimi, ya da "Əl-qaidə"nin qalmış döyüşçülərinin təqibi üçün - Ağ evin rəsmi nümayəndəsi Cey Karni bildirib.
Dövlət departamentinin nümayəndəsi Patrik Ventrell cümə axşamı brifinqdə həmçinin bildirib ki, qoşunların çıxarılmasından sonra amerikalılara Əfqanıstanda daimi bazalar lazım deyil.
Əfqanıstan prezidenti Həmid Karzay cümə axşamı bildirib ki, ABŞ təhlükəsizlik haqqında ikitərəfli razılaşmanın imzalanması üçün şərt kimi ölkədə doqquz daimi hərbi baza saxlamağı tələb edir.