...

Saakaşvilinin partiyası parlamentə “siyasi baykot” elan edib

Dünya xəbərləri Materials 28 İyun 2013 13:35 (UTC +04:00)
Gürcüstan prezidentinin partiyasının parlament fraksiyası olan “Milli birlik hərəkatı” (MBH) siyasi baykot rejiminə keçir və ölkənin ali qanunverici orqanında işini dayandırır.
Saakaşvilinin partiyası parlamentə “siyasi baykot” elan edib

Gürcüstan, Tbilisi, 28 iyun /Trend, müxbir N.Kirtsxaliya/

Gürcüstan Prezidentinin partiyasının parlament fraksiyası olan "Milli birlik hərəkatı" (MBH) siyasi baykot rejiminə keçir və ölkənin ali qanunverici orqanında işini dayandırır. Fraksiya adından danışan deputat Levan Bejaşvili bildirib ki, hakimiyyətin Tbilisidə partiya infrasturukturunu məhv etdiyi şəraitdə onlar "adi qanunları" müzakirə edə bilməzlər: "Həmkarlarımızın uydurulmuş ittihamlar üzrə həbs olunduğu bir vaxtda biz serialların ləğv edilməsi və s. bu kimi layihələri müzakirə edə bilmərik".

Bejaşvili vurğulayıb ki, partiyanın sonrakı planları barədə bir müddət sonra məlumat veriləcək.

Ötən gün Gürcüstanın Maliyyə Nazirliyinin Maliyə polisi Tbilisi meriyasının MBH üzvləri olan dörd yüksəkvəzifəli məmurunu saxlayıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti