...

Boliviya Prezidentinin təyyarəsində Snouden yoxdur

Dünya xəbərləri Materials 3 İyul 2013 06:14 (UTC +04:00)
Boliviyanın xarici işlər naziri David Çokeuanka bildirib ki, Rusiyanı tərk etmiş Prezident Evo Moralesin təyyarəsində ABŞ xüsusi xidmət orqanlarının sabiq-əməkdaşı Edvard Snouden yoxdur.
Boliviya Prezidentinin təyyarəsində Snouden yoxdur

Azərbaycan, Bakı, 3 iyul /Trend/

Boliviyanın xarici işlər naziri David Çokeuanka bildirib ki, Rusiyanı tərk etmiş Prezident Evo Moralesin təyyarəsində ABŞ xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Edvard Snouden yoxdur. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə "TeleSUR" Latın Amerikası informasiya portalı çərşənbə axşamı məlumat verir.

Bundan əvvəl təyyarə Avstriyada planlaşdırılmamış yerəenmə həyata keçirib.

Portal bildirib ki, Moralesin təyyarəsinə Fransanın və Portuqaliyanın hava məkanına giriş bağlanmışdı. Bu ölkələrin hökumət orqanları ehtiyat ediblər ki, ABŞ xüsusi xidmət orqanlarının sabiq əməkdaşı Edvard Snouden təyyarədə ola bilər.

Portal XİN rəhbərinin sözünü sitat gətirərək yazır ki,"elə hal ola bilməz ki, təyyarədə qeydiyyat keçmiş sərnişinlərdən başqa əlavə şəxslər olsun", .

Çokeuankanın fikrincə, hökumət orqanlarının belə hərəkətləri Prezidentin və təyyarə ekipajının həyatını təhlükə altında qoyub.

Bundan əvvəl çərşənbə axşamı Evo Morales RT telekanalına müsahibədə bildirib ki, Boliviya MKİ-nin sabiq əməkdaşı Edvard Snoudenə siyasi sığınacağın verilməsi haqqında məsələyə baxmağa hazırdır.

Bir gün əvvəl Rusiya Prezidenti Vladimir Putin və Rusiyaya gəlmiş Evo Morales iki ölkə arasında əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti