Azərbaycan, Bakı, 6 iyul /Trend/
Nikaraqua Edvard Snoudenə sığınacaq verə bilər. Trend-in cümə günü RİA Novosti agentliyinə istinadən, bu barədə Nikaraquanın prezidenti Daniel Orteqa bəyan edib.
"Böyük məmnuniyyətlə, əgər şərait imkan versə", - Manaquada ictimai tədbirin gedişatında Orteqa deyib.
Prezidentin sözlərinə görə, Snouden bir neçə gün əvvəl Rusiyada Nikaraqua səfirliyinə sığınacağın verilməsi haqqında ərizə məktubu ilə müraciət edib.