Azərbaycan, Bakı, 7 iyul /Trend/
Kanadanın Kvebek əyalətinin polisi yük qatarının qəza yerində beş nəfərin həlak olması və 40 nəfərin itkin düşməsi haqqında bildirib. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Reyter agentliyi xəbər verib.
Bundan əvvəl bazar günü polis üç nəfərin həlak olmasını təsdiq edib.
Neftlə dolu 73 sistern daşıyan qatar Monrealdan 250 kilometr aralıda yerləşən Lyak-Mejantik şəhərində qəzaya düşüb. Qəza yerində partlayış nəticəsində yaxınlıqdakı evlərə keçən güclü yanğın baş verib. Minlərlə insan təxliyə edilib.
Yerli polis qurbanların sayının artmasını istisna etməyiblər.