Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbirlər A. Bədəlova, N.Ümid/
İran Prezidenti Həsən Ruhani Urmiya gölünün qorunub saxlanılması probleminin həll edilməsi üzrə İşçi qrup yaradıb. Trend-in məlumatına görə, bu barədə İran Prezidentinin rəsmi saytında yerləşdirilən məlumatda bildirilir.
Ruhani Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib: "Mən daha əvvəl insanlara söz verdiyim kimi, ölkənin energetika naziri Həmid Çitçianın rəhbərlik edəcəyi Urmiya gölünmün saxlanılması üzrə İşçi qrup yaratdım".
İşçi qrupun digər üzvləri sırasına, ölkənin kənd təsərrüfatı, daxili işlər nazirləri, ətraf mühitin qorunması üzrə təşkilatın rəhbəri və vitse-prezidentin planlaşdırma və strateji nəzarət üzrə nümayəndəsi daxildir.
İşçi qrupuna bu sahədə artıq aparılan araşdırmaların və texniki elmi-tədqiqat işlərinin məlumatlarından istifadə etmək, o cümlədən iki ay ərzində Urmiya gölünün saxlanılması üzrə öz təkliflərini hökumətə təqdim etmək tapşırılıb.