Azərbaycan, Bakı, 4 sentyabr /Trend /
Ermənistan Avropa İttifaqı ilə azad ticarət zonasının yaradılması sazişinin imzalanması şanslarını itirib. Trend-in məlumatına görə, bu barədə Ermənistanın "Mediamax" agentliyi Litvanın xarici işlər naziri Linas Linkyaviçusun "AFP" agentliyinə verdiyi müsahibəyə istinadən bildirib.
Litva bu ilin iyulun birindən Avropa İttifaqının Şurasına sədrlik edir.
Litvalı nazir vurğulayıb: "Aİ erməni liderinin Moskvada elan etdiyi Gömrük İttifaqına qoşulmaq barədə qərarına hörmət edir, lakin bu iki sistem bir-birilə uyğun deyil".
Linas Linkyaviçus bildirib: "Biz istənilən ölkənin qərarına hörmətlə yanaşırıq, lakin onlar gömrük tarifləri məsələlərlə bağlı eyni zamanda hər iki təşkilata üzv ola bilməzlər".