...

Ermənistan hökuməti Gömrük İttifaqına daxil olmaq üçün zəruri tədbirlər proqramını təsdiq edib

Dünya xəbərləri Materials 19 Sentyabr 2013 14:15 (UTC +04:00)
Ermənistan hökuməti sentyabrın 19-da keçirdiyi iclasda Gömrük İttifaqına daxil olmaq üçün zəruri tədbirlər proqramını təsdiq edib.
Ermənistan hökuməti Gömrük İttifaqına daxil olmaq üçün zəruri tədbirlər proqramını təsdiq edib

Azərbaycan, Bakı, 19 sentyabr/Trend/

Ermənistan hökuməti sentyabrın 19-da keçirdiyi iclasda Gömrük İttifaqına daxil olmaq üçün zəruri tədbirlər proqramını təsdiq edib. Bu barədə Trend cümə axşamı RİA-Novosti-yə istinadən məlumat verir.

Proqramı təqdim edən iqtisadiyyat nazirinin müavini Karine Minasyan bildirib ki, Ermənistan və Rusiya prezidentlərinin göstərişinə əsasən, Yerevanın Gömrük İttifaqına daxil olması prosesi çərçivəsində hazırlıq işlərinin reallaşdırılması üçün müzakirəçilər qrupu formalaşdırılıb.

Onun sözlərinə görə, ümumilikdə 7 işçi qrupu yaradılacaq: "Tədbirlər proqramı Gömrük İttifaqının sənədlərinin Ermənistanın hüquq bazası və ölkənin imzaladığı beynəlxalq sazişlərlə uyğunlaşdırılmasını nəzərdə tutur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti