...

Erməni baş naziri Ermənistanın Gömrük İttifaqına daxil olmaqla bağlı öz mövqeyini dəyişmədiyini bildirib

Dünya xəbərləri Materials 20 Sentyabr 2013 00:02 (UTC +04:00)
Ermənistanın baş naziri Tiqran Sarkisyan cümə axşamı jurnalistlərə bildirib ki, Ermənistanın Gömrük İttifaqına (Gİ) daxil olması məsələsində onun mövqeyi dəyişməyib.
Erməni baş naziri Ermənistanın Gömrük İttifaqına daxil olmaqla bağlı öz mövqeyini dəyişmədiyini bildirib

Azərbaycan, Bakı, 20 sentyabr /Trend/

Ermənistanın baş naziri Tiqran Sarkisyan cümə axşamı jurnalistlərə bildirib ki, Ermənistanın Gömrük İttifaqına (Gİ) daxil olması məsələsində onun mövqeyi dəyişməyib. Trend Novosti-Armeniya agentliyinə istinadən məlumat verir.

Əvvəllər hökumət başçısı dəfələrlə bəyan edib ki, Ermənistanın Gömrük İttifaqına daxil olması məqsədəuyğun deyil, çünki respublikanın Gİ üzv ölkələri ilə ümumi gömrük sərhədi yoxdur.

Sarkisyan qeyd edib ki, Gİ-yə daxil olmaq barədə qəbul edilmiş qərar onun üçün sürpriz olmayıb.

Bununla yanaşı erməni baş naziri Avropa baxışlarını davam etdirməsi barədə sualını cavabsız qoyub.

Ermənistan və Rusiya prezidentlərinin Serj Sarqsyan və Vladimir Putinin sentyabrın 3-də danışıqların yekunlarına əsasən, Ermənistanın Gömrük İttifaqına daxil olması niyyətini və gələcəkdə Avrasiya iqtisadi birliyinin formalaşmasında iştirak etməsini bildirilib.

Əvvəllər Yerevanın Avropa İttifaqı ilə assosiasiya və azad ticarət zonası haqqında Saziş imzalayacağı nəzərdə tutulmuşdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti