...

Tehranda tanınmış xəstəxananın tibbi personalı etiraz aksiyası keçirib

Dünya xəbərləri Materials 21 Oktyabr 2013 14:51 (UTC +04:00)
Tehranda İmam Xomeyni adına xəstəxanada çalışan tibb bacıları etiraz aksiyası keçiriblər. Onlar tibbi personalın çatışmazlığına və tibb bacılarının iş saatının məcburi olaraq uzadılmasına etiraz ediblər.
Tehranda tanınmış xəstəxananın tibbi personalı etiraz aksiyası keçirib

Azərbaycan, Bakı, 21 oktyabr /Trend, müxbir T.Cəfərov/

Tehranda İmam Xomeyni adına xəstəxanada çalışan tibb bacıları etiraz aksiyası keçiriblər. Onlar tibbi personalın çatışmazlığına və tibb bacılarının iş saatının məcburi olaraq uzadılmasına etiraz ediblər. Bunu İranın Tibb bacılarının işləri üzrə Şuranın baş katibi Məhəmməd Şərifi Müqəddəm deyib. Trend-in məlumatına görə, bu barədə İLNA agentliyi məlumat verir.

Şərifi Müqəddəm deyib ki, İmam Xomeyni adına xəstəxanada yeni şöbələr açılıb və buna müvafiq olaraq, xəstələrin tibb bacılarının xidmətlərindən istifadə təlabatı da iki-üç dəfə artıb. Bu səbəbdən tibb bacılarını məcburi olaraq əlavə iş saatlarında çalışmağa məcbur edirlər ki, bu da qanunaziddir.

O deyib ki, qanuna görə, tibb bacısı əlavə 80 saat işləyə bilər, lakin İmam Xomeyni adına xəstəxanada bu müddət ay ərzində 200 saatdan artıqdır.

O, həmçinin əlavə edib ki, ötən beş il ərzində xəstəxananın gəliri artsa da, bu, tibb bacılarının məvaciblərində bir o qədər də hiss olunmur.

Etiraz aksiyasi iki saat davam edib, bundan sonra xəstəxanın baş həkimi etiraz edən tibb bacıları ilə görüşüb, onların tələblərini dinləyib və tezliklə problemin öz həllini tapacağına söz verib.

İran KİV-in məlumatına görə, ölkə xəstəxanalarında tibb bacılarının çatızmazlığı problemi mövcuddur. Belə ki, tibb bacıları əməkhaqqının az olması, xaricdə onlara daha çox məvacib ödənilməsi səbəbindən ölkəni tərk edirlər.

Beynəlxalq standartlara uyğun olaraq, hər xəstəxana çarpayısına azı iki tibb bacısı düşməlidir, İranda isə bu göstərici iki dəfə azdır.

Qeyd edək ki, İranda tibb bacılarının ən aşağı məvacibi 380 dollara yaxın təşkil edir. İranlı tibb bacılarının getdikləri ABŞ, Kanada və Avstraliyada isə orta aylıq əməkhaqqı 2500 dollarla 4000 dollar arasındadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti