Azərbaycan, Bakı, 22 oktyabr /Trend, müxbirlər E. Tariverdiyeva, D. Xatınoğlu/
İranda Urmiya gölünün xilas edilməsinə 200 milyard dollar lazımdır.
Trend-in çərşənbə axşamı ISNA agentliyə istinadən verdiyi məlumata görə, bunu Ticarət, Sənaye, Filiz-mədən sənayesi və Kənd Təsərrüfatı Palatasının sədr müavini Möhsin Calapur deyib.
Urmiya gölünün sahəsi təqribən 6 min kvadratkilometrdir. Köçəri quşların mqirasiyası zamanı göl onların müvəqətti sığınacaq yeri olur. Davamlı quraqlıq səbəbindən göl dayazlaşır ki, bu da regionun flora və faunaya təsir göstərir.
Urmiyada 32 milyard kubmetr su olmalıdır, lakin hazırda gölün suyu yarıyadək azalıb.