...

Ermənistan və Aİ Dağlıq Qarabağ üzrə danışıqların Minsk qrupu formatında davamının vacibliyini vurğulayırlar

Dünya xəbərləri Materials 30 Oktyabr 2013 15:02 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr/Trend/

Ermənistanın dövlət başçısı Serj Sarkisyan və Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefort Dağlıq Qarabağ münaqişəsi üzrə səylərin ATƏT-in Minsk qrupu həmsədrlərinin beynəlxalq prinsiplər əsasında keçirdiyi danışıqlar formatında davam etdirilməsinin vacibliyini və zəruriliyini qeyd ediblər.

Trend-in Ermənistan KİV-ə istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər Ermənistan-Aİ münasibətlərini, eləcə də ölkədə Aİ-nin yardımı ilə həyat keçirilən bir sıra istiqamətlər üzrə islahatları müzakirə ediblər.

Həmsöhbətlər regional inkişaf məsələləri və Dağlıq Qarabağ münaqişəsi prosesində indiki vəziyətlə bağlı fikir mübadiləsi aparıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti