Azərbaycan, Bakı, 15 noyabr /Trend/
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı Edvard Snouden KİV-lərə ABŞ-ın xüsusi xidmət orqanlarına məxsus 200 minədək məxfi sənədini ötürə bilərdi. Trend-in RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Milli Təhlükəsizlik Agentliyinin rəhbəri general Kit Aleksander bildirib.
Kit Aleksander deyib: "Snouden jurnalistlərə 50 mindən 200 minə kimi sənəd ötürüb. O materiallar hələ də çap edilir".
"Washington Post" qəzeti bundan əvvəl Snoudenin ixtiyarında 30 minədək sənədin olduğunu xəbər vermişdi.