...

Yerevanda Ermənistanın Gömrük İttifaqına daxil olmasına qarşı yürüş başlayıb

Dünya xəbərləri Materials 2 Dekabr 2013 14:13 (UTC +04:00)
Trend-in Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, lakin polis əməkdaşları aksiya iştirakçılarını Respublika meydanına buraxmayıblar.
Yerevanda Ermənistanın Gömrük İttifaqına daxil olmasına qarşı yürüş başlayıb

Azərbaycan, Bakı, 2 dekabr /Trend/

Yerevanda Ermənistanın Gömrük İttifaqına daxil olmasına qarşı yürüş başlayıb. Yürüşü daha əvvəl müxtəlif küçələrdən keçməklə Ermənistan Prezidentinin iqamətgahında yekunlaşdırmaq planlaşdırılırdı.

Trend-in Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, lakin polis əməkdaşları aksiya iştirakçılarını Respublika meydanına buraxmayıblar.

"Avro Ermənistan", "Müstəqil Ermənistan", "Biz ölkəmizin sahibiyik" kimi müxtəlif şüarlar səsləndirən etirazçılar əllərində Ermənistan və Ukrayna bayraqları, eləcə də "STOP-Russia" plakatı tutublar.

Hadisə yerinə xeyli sayda polis əməkdaşı cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti