...

Sergey Lavrov: Gömrük İttifaqının qapıları istənilən ölkə üçün açıqdır

Dünya xəbərləri Materials 14 Dekabr 2013 12:43 (UTC +04:00)
Gömrük İttifaqının (Gİ) qapıları istənilən ölkə, o cümlədən Ukrayna üçün açıqdır. Trend-in şənbə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya 24" telekanalına müsahibıəsində deyib.
Sergey Lavrov: Gömrük İttifaqının qapıları istənilən ölkə üçün açıqdır

Azərbaycan, Bakı, 14 dekabr /Trend/

Gömrük İttifaqının (Gİ) qapıları istənilən ölkə, o cümlədən Ukrayna üçün açıqdır. Trend-in şənbə günü İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov "Rossiya 24" telekanalına müsahibıəsində deyib.

Nazir bildirib ki, Gömrük İttifaqının əsasını təşkil edən sənədləri, sonra isə Gİ-yə əlavə olan Vahid İqtisadi Məkanın bazasını təşkil edən sənədləri imzalamağa hazır olan istənilən ölkə bu İttifaqa qoşula bilər.

S.Lavrov qeyd edib ki, gələn ilin mayında hazırlanmalı olan "Avrasiya İqtisadi İttifaqı haqqında" müqavilə kapital, mal, işçi qüvvələri və xidmətlərin azad hərəkətini tam təmin edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti