...

Ekspert: Ermənistan dünyada sərbəst iqtisadi subyekt kimi qəbul edilməkdən məhrum olacaq

Dünya xəbərləri Materials 5 Fevral 2014 12:12 (UTC +04:00)
Ermənistan Gömrük İttifaqına daxil olmaq üzrə "yol xəritəsi"ni reallaşdırmaq və bu ittifaqın üzvü olmaqla başqa dövlətlərlə sərbəst iqtisadi siyasət yürütmək hüququndan və imkanından məhrum olacaq.
Ekspert: Ermənistan dünyada sərbəst iqtisadi subyekt kimi qəbul edilməkdən məhrum olacaq

Azərbaycan, Bakı, 5 fevral /Trend/

Ermənistan Gömrük İttifaqına daxil olmaq üzrə "yol xəritəsi"ni reallaşdırmaq və bu ittifaqın üzvü olmaqla başqa dövlətlərlə sərbəst iqtisadi siyasət yürütmək hüququndan və imkanından məhrum olacaq. Bunu "Radio Azatutyun"la söhbətində Brüsseldə fəaliyyət göstərən Avropa Biznes Assosiasiyasının eksperti Hovaness İgityan verib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Armenia Today" xəbər yayıb.

O xatırladıb ki, Gömrük İttifaqında yekun qərarı Avrasiya İqtisadi Komissiyası qəbul edir. Onun qərarını ittifaqa üzv dövlətlər yerinə yeritməyə borcludurlar.

Ekspert bildirib: "Ermənistan Gömrük İttifaqına üzv olduqdan sonra Ermənistan hakimiyyətinin yerinə bu komissiya bizim gömrük rüsumlarımızın həcmini, məntiqi olaraq da Ermənistanın iqtisadi siyasətinin necə olacağını müəyyən edəcək".

Gömrük İttifaqının icraçı orqanının bu müqavilələri bəyənmədiyi halda Ermənistanın başqa ölkələrlə iqtisadi müqavilələri imzalaya bilməyəcəyi barədə qeydlə razılaşan İgityan əlavə edib: "Mən hətta deyərdim ki, heç bir ölkə Ermənistanı ciddi qəbul etməyəcək, çünki artıq hamı bilir ki, Ermənistan bu imkandan məhrum edilib. Onlar [bu ölkələr] sadəcə bu komissiyanın müəyyən etdiyi gömrük rüsumlarını nəzərə alacaqlar və Ermənistanla bu gömrük rüsumlarından irəli gələn siyasət yürüdəcəklər".

Ekspert əmindir ki, Ermənistanın sərbəst iqtisadi subyekt kimi dünyada qəbul edilməsinə həm də o səbəbə görə son qoyulacaq ki, ölkə qısa müddətə Gömrük İttifaqının üzvü olmağa çalışaraq, yaxın aylar ərzində başqa ölkələrlə və beynəlxalq təşkilatlarla əldə olunmuş Gömrük İttifaqının tələblərinə zidd olan sazişlərdən imtina etməyə məcburdur.

İgityan sonda bildirib: "Bütün bunlar ona gətirib çıxaracaq ki, bir sıra əhəmiyyətli beynəlxalq maliyyə-iqtisadi strukturlar və ölkələr Ermənistanla bağlı mövqelərini dəyişdirəcəklər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti