...

Aİ nümayəndəsi: Rusiya və Aİ Gömrük İttifaqını və "Şərq tərəfdaşlığı"nı daha uyğun etməlidir

Dünya xəbərləri Materials 17 Fevral 2014 12:03 (UTC +04:00)
Rusiya və Avropa İttifaqı qarşıdurma məntiqindən imtina etməli və Gömrük İttifaqını və "Şərq tərəfdaşlığı"nı daha uyğun etməlidirlər. Aİ-nin Rusiyadakı nümayəndəliyinin rəhbəri Viqaudas Uşatskas belə hesab edir.
Aİ nümayəndəsi: Rusiya və Aİ Gömrük İttifaqını və "Şərq tərəfdaşlığı"nı daha uyğun etməlidir

Azərbaycan, Bakı, 17 fevral /Trend/

Rusiya və Avropa İttifaqı qarşıdurma məntiqindən imtina etməli və Gömrük İttifaqını və "Şərq tərəfdaşlığı"nı daha uyğun etməlidirlər. Aİ-nin Rusiyadakı nümayəndəliyinin rəhbəri Viqaudas Uşatskas belə hesab edir. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i xəbər yayıb.

Bazar ertəsi Moskvadakı Korneqi Mərkəzində çıxış edərkən Uşatskas deyib: "Biz konkret addımlar, Lissabondan Vladivostoka qədər əməkdaşlığın real nümunələrini yaratmağa maraq göstəririk. Lakin bunun real olması üçün bizim qarşıdurma məntiqindən imtina etməyimiz və Gömrük İttifaqını və "Şərq tərəfdaşlığı"nı necə daha uyğun edə biləcəyimizə baxmağımız lazımdır".

Daha əvvəl Avropa İttifaqı bildirirdi ki, Aİ ilə azad ticarət haqqında saziş imzalayan hər hansı ölkənin hazırda Rusiya, Qazaxıstan və Belarusun daxil olduğu Gömrük İttifaqına üzvlüyünün bir araya sığmadığını hesab edir. "Şərq tərəfdaşlığı" proqramı Şərqi Avropa ölkələri ilə Avropa İttifaqının sıx iqtisadi əməkdaşlığını, Gömrük İttifaqı isə yaxın MDB ölkələri ilə Rusiyanın iqtisadi əməkdaşlığını nəzərdə tutur.

Məhz Ukrayna hakimiyyətinin Avropa İttifaqı ilə planlaşdırılmış sazişin imzalanması ərəfəsində ondan imtinası ölkədə siyasi böhrana səbəb oldu.

Uşatskasın sözlərinə görə, "heç kim Ukraynanı Rusiya ilə ticarət haqqında müqaviləni ləğv etməyə məcbur etmir".

Diplomat əlavə edib: "Assosiasiya haqında saziş Aİ və onun Moldova, Gürcüstan və Ukrayna kimi tərəfdaşları arasında azad ticarət müqaviləsi də daxil olmaqla Rusiyanın bu ölkələrlə olan mövcud ticarət müqavilələrinə tamamilə uyğundur". Onun sözlərinə görə, Aİ əvvəlki kimi "Ukrayna buna hazır olan kimi" azad ticarət zonalarının yaradılması haqqında saziş də daxil olmaqla, assosiasiya haqqında sazişi imzalamağa hazırdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti