...

Rusiya və Ermənistanın hökumət rəhbərləri Yerevanın Gömrük İttifaqına qoşulmasına hazırlığı müzakirə edirlər

Dünya xəbərləri Materials 24 Fevral 2014 14:33 (UTC +04:00)
Rusiya və Ermənistanın Baş nazirləri Dmitri Medvedev və Tiqran Sarkisyan Yerevanın Gömrük İttifaqına qoşulmasına hazırlığı, iqtisadi əməkdaşlığı və donor konfransının keçirilməsini müzakirə edirlər.
Rusiya və Ermənistanın hökumət rəhbərləri Yerevanın Gömrük İttifaqına qoşulmasına hazırlığı müzakirə edirlər

Azərbaycan, Bakı, 24 fevral /Trend/

Rusiya və Ermənistanın Baş nazirləri Dmitri Medvedev və Tiqran Sarkisyan Yerevanın Gömrük İttifaqına qoşulmasına hazırlığı, iqtisadi əməkdaşlığı və donor konfransının keçirilməsini müzakirə edirlər. Trend-in məlumatına görə, bu barədə Rusiya KİV-i xəbər yayıb.

Medvedyev Sarkisyanla görüşündə deyib: "Bu gün sizinlə razılaşdığımız kimi, belə işçi görüş rejimində Rusiya-Ermənistan əməkdaşlığının bütün aspektlərinə nəzər salmaq, Gömrük İttifaqına qoşulmağa hazırlıq üzrə işlərin irəliləməsi üçün hansı tədbirlərin görüldüyü, məlum yol xəritəsinin necə yerinə yetirildiyi barədə, əlbəttə, ikitərəfli ticarət dövriyyəsi, donor konfransı haqqında danışmaq imkanımız olacaq".

Qeyd edək ki, Ermənistanın Gömrük İttifaqına qoşulması üzrə "yol xəritəsi" 2013-cü il dekabrın 24-də Moskvada Avrasiya Ali İqtisadi Şurasında imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti