...

Yanukoviç Kiyevi vətəndaş müharibəsi törətməyə cəhddə günahlandırıb

Dünya xəbərləri Materials 11 Mart 2014 13:51 (UTC +04:00)
Ukraynanın hakimiyyətdən kənarlaşdırılmış Prezidenti Viktor Yanukoviç Kiyevin yeni hakimiyyətini ölkədə vətəndaş müharibəsi törətməyə cəhddə təqsirləndirib.
Yanukoviç Kiyevi vətəndaş müharibəsi törətməyə cəhddə günahlandırıb

Azərbaycan, Bakı, 11 mart /Trend/

Ukraynanın hakimiyyətdən kənarlaşdırılmış Prezidenti Viktor Yanukoviç Kiyevin yeni hakimiyyətini ölkədə vətəndaş müharibəsi törətməyə cəhddə təqsirləndirib. Trend-in çərşənbə axşamı İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu V.Yanukoviç Rostov-na-Donuda mətbuat konfransında deyib.

Onun sözlərinə görə, hələ də Ukraynanın legitim Prezidenti və ali baş komandanıdır: "Mən səlahiyyətlərimi vaxtından əvvəl dayandırmamışam, sağam və məni Ukrayna Konstitusiyasına uyğun olaraq vəzifədən kənarlaşdırmayıblar".

V.Yanukoviç qeyd edib ki, terror hücumlarına məruz qalıb: "Kiyevdə formalaşdırılacaq istənilən hakimiyyət orqanı legitim olmayacaq".

O, həmçinin Obamanın Ukraynaya qarşı fəaliyyətinin qanuni olub-olmaması ilə bağlı ABŞ Senatına, Konqresinə və Ali Məhkəməsinə müraciət edəcəyini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti