Azərbaycan, Bakı, 11 mart /Trend/
Ukraynanın hakimiyyətdən kənarlaşdırılmış Prezidenti Viktor Yanukoviç bəyan edib ki, şərait imkan verən kimi Kiyevə qayıdacaq.
Trend-in çərşənbə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, V.Yanukoviç Rostov-na-Donuda keçirdiyi mətbuat konfransında əmin olduğunu bildirib ki, bu, tezliklə baş verəcək.
Mayın 25-nə təyin edilmiş Ukrayna prezidenti seçkilərinin qanunsuz olduğunu deyən V.Yanukoviç ölkədə xalqa qarşı atəş açanların cəzasız qalmayacağına əminliyini ifadə edib.
O, ölkənin çətin günlər yaşadığını qeyd edərək deyib ki, ukraynalıların həyat səviyyəsinin qorunması üzrə dəqiq plan var idi: "Konstitusiyayazidd çevrilişdən sonra bu, mümkünsüz oldu. Ukraynanın cənub-şərq ərazisinin əhalisi özlərinə qarşı hörmət edilməsini tələb edir. Biz bu mürəkkəb dövrü araxada qoyacağıq və insanlar birləşəcək".