Azərbaycan, Bakı, 11 mart /Trend/
Ukraynanın hakimiyyətdən uzaqlaşdırılmış Prezidenti Viktor Yanukoviç ölkədə vətəndaş sülhünə təminat verən sənədin Avropa tərəfdaşları tərəfindən "tapdalandığını" bildirib.
Trend-in çərşənbə axşamı RİA Novosti-yə istinadən verdiyi məlumata görə, V.Yanukoviç Rostov-na-Donuda keçirdiyi mətbuat konfransında bildirib ki, əsgər və zabitlər onların cinayətkar əmlərinə tabe olmayacaqlar.
Onun sözlərinə görə, Ukrayna vətəndaşlarına qarşı özbaşnalıq baş alıb gedir: "Kiyev vətəndaş müharibəsi törətmək istəyir. Şəhərlərdə maskalı insanlar patrul çəkir. Onlar ordunun yüksəkrütbəli zabitlərini istefaya göndərirlər".