...

Ermənistanın mobil operatorları ciddi töhmət alıblar

Dünya xəbərləri Materials 15 Mart 2014 10:41 (UTC +04:00)
Ermənistanın "K-Telekom", "ArmenTel" və "Oranj Armeniya" telekommunikasiya şirkətləri vicdansız rəqabət apardıqlarına görə hər üçü İqtisadi rəqabətin müdafiəsi üzrə Dövlət komissiyasının iclasında pozuntuları aradan qaldırmaq tapşırığı ilə ciddi xəbərdarlıq alıblar. Trend-in məlumatına görə, bu barədə “Armenia Today” xəbər yayıb.
Ermənistanın mobil operatorları ciddi töhmət alıblar

Azərbaycan, Bakı, 15 mart /Trend/

Ermənistanın "K-Telekom", "ArmenTel" və "Oranj Armeniya" telekommunikasiya şirkətləri vicdansız rəqabət apardıqlarına görə hər üçü İqtisadi rəqabətin müdafiəsi üzrə Dövlət Komissiyasının iclasında pozuntuları aradan qaldırmaq tapşırığı ilə bağlı ciddi xəbərdarlıq alıblar. Trend-in məlumatına görə, bu barədə "Armenia Today" xəbər yayıb.

Məlumata görə, komissiya portativ modem (USB) vasitəsi ilə internet xidmətlərinin göstərilməsi sahəsində monitorinq aparıb. Monitorinq zamanı bu şirkətlərin fəaliyyəti ilə bağlı bir sıra problemlər ortaya çıxıb.

Məlumatda deyilir: "Habelə göstərilən şirkətlər onlara hətta internet-xidmət göstərilməyən dövr ərzində abonentlərdən müqavilə haqqı almağa imkan verən müəyyən şərtlər hazırlayıblar. Komissiyanın müşahidələrinə görə, rabitə sahəsində fəaliyyət göstərən şirkətlər öz davranışları ilə qanunu pozurlar. Həmin qanuna görə, xidmətlər dayandırılarsa abonentin ödəniş etmək öhdəliyi də dayandırılır. Komissiya onu da aşkar edib ki, abonentlərin müqaviləni pozmaq istədikləri ilə bağlı müraciət etdikdə də çətinliklər yaranır. Şirkətlər qismən bu prosesi ləngidirlər. Nəticədə onlar xidmət göstərmədikləri halda gəlir əldə edirlər".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti