...

Putin Krımın Rusiyanın tərkibinə daxil edilməsini məqsədəuyğun hesab edir

Dünya xəbərləri Materials 18 Mart 2014 12:10 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend/

Rusiya Federasiyası Prezidenti Vladimir Putin Krımın Rusiya Federasiyasının tərkibinə qəbul edilməsi və Rusiya Federasiyası tərkibində yeni subyektlərin yaranması haqqında Rusiya və Krım arasında müqavilə layihəsini bəyənib. Bu barədə dövlət başçının sərəncamında deyilir. Trend-in məlumatına görə, xəbəri çərşənbə axşamı RİA Novosti Kremlin mətbuat xidmətinə istinadən yayıb.

Sərəncamda deyilir: "(...) müqavilənin yüksək səviyyədə imzalanması məqsədəuyğun hesab edilir".

Bazar ertəsi Rusiya Federasiyasının Prezidenti Vladimir Putin "Krım Respublikasının tanınması haqqında" fərman imzalayıb. "Krım xalqının ümumkrım 2014-cü il, 16 mart tarixli referendumdakı iradəsini nəzərə alaraq, Krım Respublikası suveren, müstəqil dövlət kimi tanınsın", - Putinin fərmanında belə deyilir.

Rusiya dövlətinin başçısı çərşənbə axşamı yerli vaxtla saat 15.00-da Kremldə Dövlət Dumasının deputatları, Federasiya Şurasının üzvləri, RF regionlarının rəhbərləri və vətəndaş cəmiyyətinin nümayəndələrinin qarşısında Krım Pespublikasının və Sevastopol şəhərinin RF-nin tərkibinə daxil edilməsinə dair müraciətlə bağlı çıxış edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti