...

Rusiya Yanukoviçi Ukraynaya verməyəcək

Dünya xəbərləri Materials 11 Aprel 2014 14:25 (UTC +04:00)
Rusiya Viktor Yanukoviçin Ukraynaya verilməsi üçün əsas görmür. Bunu Rusiyanın Baş prokuroru Yuri Çayka bəyan edib. Trend-in məlumatına görə, xəbəri cümə günü "İnterfaks" yayıb.
Rusiya Yanukoviçi Ukraynaya verməyəcək

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Rusiya Viktor Yanukoviçin Ukraynaya verilməsi üçün əsas görmür. Bunu Rusiyanın Baş prokuroru Yuri Çayka bəyan edib. Trend-in məlumatına görə, xəbəri cümə günü "İnterfaks" yayıb.

Baş prokuror Simferopolda agentliyin suallarına cavab verərkən deyib: "Bizdə olan məlumata görə, o heç bir cinayət törətməyib və ona görə də onun ekstradisiyası üçün heç bir əsas yoxdur".

Çayka qeyd edib ki, Rusiya əvvəlki kimi Yanukoviçi legitim prezident hesab edir. "Viktor Yanukoviçi legitim prezidentdir. Bu gün Kiyevdəki hakimiyyət isə silahlı çevriliş nəticəsində hakimiyyətə gəlib. Mən bunu hüquqşünas kimi deyirəm".

Bu arada, onun sözlərinə görə, "yeni hakimiyyətlə bağlı çoxlu sayda suallar" var. "Hədsiz sayda cinayətlər həyata keçirilib və onları araşdırmaq lazımdır".

Yeni Ukrayna hakimiyyəti devrilmiş prezidenti Kiyevin mərkəzində keçirilən etiraz aksiyaları zamanı insanların güllələnməsində iştirakda ittiham edir. Ukrayna MTİ-nin rəhbəri Valentin Nalivayçenkonun bir az əvvəl bildirdiyi kimi, hüquq-mühafizə orqanlarında Yanukoviçin və MTİ-nin sabiq rəhbəri Aleksandr Yakimenkonun tutulmasına məhkəmənin icazəsi var.

Həmçinin Yanukoviçi Ukraynanın cənub-şərqində etiraz aksiyalarının maliyyələşdirilməsində ittiham edirlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti