...

ABŞ Krım məmurlarına sanksiyaları şamil edib

Dünya xəbərləri Materials 12 Aprel 2014 02:54 (UTC +04:00)
Rusiya tərəfindən Krımın qəsbkarlığı ilə əlaqədar, ABŞ şəxslər və şirkətlər barələrində tətbiq edilən sanksiyalar siyahısını genişləndirib.
ABŞ Krım məmurlarına sanksiyaları şamil edib

Azərbaycan, Bakı, 12 aprel /Trend/

Rusiya tərəfindən Krımın qəsbkarlığı ilə əlaqədar, ABŞ şəxslər və şirkətlər barələrində tətbiq edilən sanksiyalar siyahısını genişləndirib. Bu barədə Trend BBC telekanalına istinadən məlumat verir.

Yeni siyahıda Krım administrasiyasının 6 nümayəndəsi, o cümlədən Sevastopolun meri Aleksey Çalıy, eləcə də Krımda referendumun təşkilində iştirak edən Ali Radanın keçmiş vitse-spikeri Sergey Tsekov və "Qaradənizneftqaz" şirkəti.

Bu siyahıya düşən şəxslərin hesabları dondurulacaq və ABŞ vətəndaşlarına onlarla işgüzar əlaqələr yaratmağa qadağa qoyulacaq.

Xəbər lenti

Xəbər lenti