...

Yanukoviç: Ukrayna bir ayağı ilə vətəndaş müharibəsinə qədəm qoyub

Dünya xəbərləri Materials 14 Aprel 2014 00:07 (UTC +04:00)
Viktor Yanukoviç Rostov-Don şəhərində Ukrayna xalqına müraciətlə çıxış edib.
Yanukoviç: Ukrayna bir ayağı ilə vətəndaş müharibəsinə qədəm qoyub

Azərbaycan, Bakı, 14 aprel /Trend/

Viktor Yanukoviç Rostov-Don şəhərində Ukrayna xalqına müraciətlə çıxış edib. Bu barədə Trend İTAR-TASS agentliyinə istinadən məlumat verir.

Yanukoviç Ukraynanın hərbi qulluqçularından xahiş edir ki, Ukrayna xalqına atəş açmasınlar.

Onun sözlərinə görə, yeni Ukrayna hakimiyyəti cinayət məsuliyyəti daşıyacaq.

"Ölkə bir ayağı ilə vətəndaş müharibəsinə qədəm qoyub və müflisləşməyə doğru gedir", - Viktor Yanukoviç bildirib.

Ukrayna üçün bu gündə təcili seçkilər yox, dialoq vacibdir, o, hesab edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti