Azərbaycan, Bakı, 25 aprel /Trend/
Cümə günü "Virgin Australia" aviaşirkətinin sərnişin təyyarəsi Baliyə uçarkən naməlum şəxslər tərəfindən ələ keçirilib. Trend-in məlumatına görə, bu barədə cümə günü "Reuters" agentliyi İndoneziya TV-yə istinadən xəbər yayıb.
Agentliyin məlumatına görə, ələ keçirilmiş təyyarə Bali aeroportunda yerə enib.
Təfərrüatlar barədə hələlik məlumat verilmir.