Azərbaycan, Bakı, 13 may /Trend/
Qondarma "Donetsk Xalq Respublikası" və "Luqansk Xalq Respublikası" birləşmə haqqında danışıqlara başlayıblar. Bu barədə Trend çərşənbə axşamı RİA Novosti-yə istinadən məlumat verir.
Dünən respublikaların birləşməsi təşəbbüsü ilə bağlı bəyanat verilib. İlkin olaraq danışıqların keçirilməsi gözlənilir. Məsələni qondarma respublikaların rəhbərliyi həll edəcək.
Hazırda danışıqların aparıldığı bildirilir.