Azərbaycan, Bakı, 18 may /Trend /
İran bu il ərzində öz istehsalı olan üç peykinin kosmosa buraxılmasına hazırdır. Trend İRNA agentliyinə istinadən bu barədə İranın kosmik agentliyinin rəhbəri Həmid Fazeli bazar günü bildirib.
" "Tadbir", " Sharif Sat" və "Fajr" peykləri cari il ərzində kosmosa buraxılacaq", - Fazeli bildirib.
O, əlavə edib ki, "Tadbir" peyki İranın elm və texnologiya universiteti ilə əməkdaşlıq şəraitində hazırlanır, Şərif Texnologiya universitetinin tələbə və alimləri isə "Sharif Sat"ın hazırlığı ilə məşğuldurlar.
" "Fajr" peyki ölkənin müdafiə nazirliyi tərəfindən yaradılıb ", - Fazeli deyib.
İran 2009-ci ildə özü tərəfindən müstəqil şəkildə hazırlanmış Omid (Ümid) ilk kosmik peykini buraxıb.
İran 1959-cu ildə yaradılan BMT-nin sülh yolu ilə kosmik fəzanın istifadəsi Komitəsinin əsasını qoyan 24 üzvündən biri olub.