...

Braziliyanın iri şəhərlərində futbol üzrə dünya çempionatına qarşı tətillər keçirilir

Dünya xəbərləri Materials 22 May 2014 11:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend/

Futbol üzrə dünya çempionatına qarşı tətillər və etirazlar Braziliyanın iki iri şəhərində - San Paulo və Rio-de-Janeyroda keçirilir. Trend-in məlumatına görə, xəbəri İTAR-TASS yayıb.

San-Pauloda avtobus sürücüləri və konduktorlar ikinci gündür tətil edirlər. Bu səbəbdən milyonlarla insan işə vaxtında çata və evə qayıda bilmir. Metro, eləcə də şəhərdaxili və şəhərətrafı qatarlar yüksək yüklənmənin öhdəsindən gələ bilmir və stansiyaların əksəriyyətində insan kütlələri toplaşıb.

Rio-de-Janeyroda, eləcə də ölkənin daha altı ştatında mülki (istintaq) polisinin əməkdaşları bütün günü tətil ediblər. Braziliya paytaxtında asayiş keşikçiləri əməkhaqqının artırılması və xidmət şəraitinin yaxşılaşdırılması tələbi ilə nümayiş keçirirlər.

Qeyd edək ki, qarşıdakı dünya çempionatı ərəfəsində ölkədə çox gərgin vəziyyət yaranıb. Hakimiyyət turnir zamanı kütləvi etiraz aksiyalarının keçiriləcəyini gözləyir və danışıqlar yolu ilə DÇ zamanı aksiyaların qarşısını almağa çalışır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti